Qubada kafe sahibi və daha 9 nəfər cərimələndi

Dek8,2020
Qubada kafe sahibi və daha 9 nəfər cərimələndi

Qubada karantin rejimini pozan şəxslər cərimə edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Müseyib Ələkbərov və orada olan 9 nəfər şəxs saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Qubada karantin rejimini pozan şəxslər cərimə edilib.

QİA.AZ bildirib ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Oxşar Xəbərlər