Qubanın Mirzəqışlaq kəndində içməli su problemi: “30 ildir əziyyət çəkirik” – VİDEO

Qubanın 800-ə yaxın sakini olan Mirzəqışlaq kəndi susuzluqdan əziyyət çəkir.

Belə ki, sakinlər kənddə mövcud olan iki quyunun işləmədiyini bildirirlər. Onlar qeyd edirlər ki, kəndi təmin edən iki içməli su quyusu işləmədiyi üçün sakinlər təsərrüfat üçün nəzərdə tutulan subartezian quyusundan istifadə etmək məcburiyyətində qalıblar. Lakin bir aydır ki, o quyu da quruyub.

Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem öz həllini tapmayıb.

“Bu kənddə 30 ildir su yoxdur. Maşınla başqa kəndlərdən su gətirməyə məcbur oluruq. Ən geridə qalmış kənddir”, – sakinlər narazılıqlarını bildiriblər.

Oxşar Xəbərlər