“Qum Dəniz” yatağından neft hasilatı və satışının həcmi açıqlanıb

İyl23,2021

2021-ci ilin birincu rübündə “Qum Dəniz” yatağında neft hasilatı sutkada 506 barel təşkil edib.

QİA.AZ bu barədə layihəni idarə edən ABŞ-ın “Greenfields Petroleum” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə yatağın GD.444, GD.418, GD.465, GD.467, GD.414, GD.477 quyularında əsaslı təmir işləri başa çatdırılıb. Hazırda əsaslı təmi işləri GD.601, GD.716 və GD.444 quyularında davam etdirilir.

Eyni zamanda, 2021-ci ilin birinci rübündə “Qum Dəniz” yatağından neft satışnın həcmi 67 ton/sutka təşkil edib.

Yanvar ayında bu göstərici sutkada 79 ton, fevralda 65 ton, martda isə 58 ton təşkil edib.

Oxşar Xəbərlər