Qurban bayramı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və bir sıra dövlət qurumlarının iştirakıyla hazırlıq işləri həyata keçirilir.
“QİA.AZ” xəbər verir ki, bunu “Təhlükəsiz qida” onlayn verilişində AQTA-nın şöbə müdiri Mansur Piriyev deyib.
Onun sözlərinə görə, yaxın günlərdə Qurban bayramı ilə əlaqədar kəsim məntəqələrinin ünvanları açıqlanacaq.