“Kurtlar Vadisi”nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək

Mar4,2021
osman sınav

Türkiyənin “Sinegraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən danışıb.

“QİA.AZ” məlumat verir ki, o, “report”a açıqlamasında bildirib ki, görüşdə mühüm məsələlərlə bağlı fikirlə mübadiləsi aparılıb, gələcək hədəflər müəyyənləşdirilib.

“Hazırda Qafqaz İslam Ordusunun köməyi ilə Bakının azad edilməsindən sonra Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik.Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”, – O.Sınav deyib.

Qeyd edək ki, O.Sınav Türkiyədə və dünyada populyarlıq qazanan bir çox film və teleserialların rejissorudur. O, “Deli Ürek”, “Kurtlar Vadisi”, “Sen Anlat Karadeniz” və s. məşhur teleserialları ərsəyə gətirib.

Oxşar Xəbərlər