Qusar rayonunda anasını öldürməkdə təqsirləndirilən Nail Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“QİA.AZ” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim İradə Həsənzadənin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin mart ayında Qusarın Xurel kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızına boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək qətlə yetirib.
O, hadisə yerindən qaçsa da, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kənddə yaşayan əmisinin həyətindəki tövlənin damından tapılıb.
N.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.