BMT-nin baş katibi Antoniu Quterriş Fələstin-İsrail münaqişəsi kəskinləşəndən indiyədək təşkilatın 111 əməkdaşının Qəzza zolağında həlak olduğunu açıqlayıb.
QİA.az “Report”-a istinadla xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterriş bildirib.
“Bu, təşkilatımızın tarixində ən böyük personal itkisidir. Mülki şəxslər, o cümlədən, BMT personalı qorunmalıdır. Mülki obyektlər qorunmalıdır; BMT obyektlərinə hücumlar həyata keçirilməməlidir”, – o BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.