“Vaksinlərin bölüşdürülməsində “koordinasiyalı, bərabər yanaşma” olmadan heç bir ölkədə yoluxma sayını azalmaq mümkün olmayacaq”.
“QİA.AZ” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
O deyib ki, vaksinlərin bölüşdürülməsindəki bərabərsizlik COVID-19-un yeni ştamlarının yayılmasına səbəb olur.
Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa 240,6 milyondan çox yoluxma halı qeydə alınıb. Nəticədə, təxminən, 4,9 milyoninsan vəfat edib. Ümumilikdə, dünya üzrə 6,6 milyard doza peyvənd tədarük edilib.