Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana gələcək.
QİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın seçkilərdən sonra ilk xarici səfər proqramı açıqlanıb. Ənənəni pozmayan Prezident Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC), iyunun 13-də isə Azərbaycana gələcək.
O, ŞKTC Prezidenti Ersin Tatarla görüşəcək. Türkiyənin Kipr məsələsi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı mesajlar verəcək.
İyunun 13-də Azərbaycana səfər edəcək Türkiyə Prezidenti həmkarı İlham Əliyevlə görüşəcək. İki lider Ankara-Bakı xəttində əməkdaşlığın daha da artırılması ilə bağlı müzakirə aparacaq.
Ərdoğan və Əliyev Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər. Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.