Ermənistanda “Elektrik enerjisi sistemlərinin operatoru” dövlət müəssisəsinin rəhbəri və altı əməkdaşına qarşı təxminən 410 milyon dram (1 milyon dollardan bir qədər çox) mənimsəmə ittihamı ilə cinayət işi açılıb.
QİA.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, rəhbər və onun altı əməkdaşı barəsində həbs qətimkan tədbiri qismində yaşadığı yeri tərk etməmək barədə qərar çıxarılıb.