Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatı və Davamlı İnkişaf Xidmətinin təşkilatçılığı, “ArtColab” rəssamlıq kursunun tərəfdaşlığı ilə həyata keçirilən “Rəngli əllər – gənclərin asudə vaxtının səmərəli təşkili” adlı layihə yekunlaşıb.
Layihənin məqsədi təsviri incəsənətə marağı olan gənclər tərəfindən həvəskar yaradıcılıq nümunələrinin ərsəyə gətirilməsinə şərait yaratmaq və onların asudə vaxtının səmərəli keçirilməsinə dəstək olmaqdır.
Layihə çərçivəsində ümumillikdə 150 gəncin yararlandığı 10 master-klass keçirilib. “ArtColab” rəssamlıq kursunda baş tutan master-klasslar zamanı gənclər kətan parça üzərində yağlı boya ilə müxtəlif rəsmlər çəkiblər.
Qeyd edək ki, “Rəngli əllər – gənclərin asudə vaxtının səmərəli təşkili” adlı silsilə master-klasslar Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən “Gənclər üçün klub və mərkəzlər şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi layihəsi” çərçivəsində icra olunub.