Rəşad Sadıqov: “Məğlubiyyətdən sonra oyunu şərh etmək çətin məsələdir”

“Futbolçularım əzmkar mübarizə apardılar”.

QİA.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Şerif”lə (Moldova) cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

“Qol epizodu vermədən, rəqib qapısında təhlükə yaradan komandaya qarşı oynadıq. Təəssüflər olsun ki, növbəti mərhələyə yüksələ bilmədik. Futbolçularımın hər birindən razıyam. Əzmkar mübarizə apardılar. Məğlubiyyətdən sonra oyunu şərh etmək çətindir, sadəcə demək istəyirəm ki, bu futboldur. Məğlub olduq, indi bütün diqqətimizi Premyer Liqa oyunlarına yönəldəcəyik”.

Oxşar Xəbərlər