Rəsmi açıqlama: Dövlət Xidməti Kamil Zeynallı adlı vətəndaşı heç bir medalla təltif etməyib

Fev5,2021
Rəsmi açıqlama: Dövlət Xidməti Kamil Zeynallı adlı vətəndaşı heç bir medalla təltif etməyib

Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

“QİA.AZ”ın xəbərinə görə, bu barədə Dövlət Xidmətinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib.

Oxşar Xəbərlər