Raman Salei Yay Paralimpiya Oyunlarında növbəti medalını qazandı

Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

“Report”un məlumatına görə, idmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulla üzmədə bürünc mükafata sahib çıxıb.

O, finişə 58,13 saniyəyə çatıb.

Qeyd edək ki, Salei daha əvvəl bu turnirdə gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək) mükafat əldə etmişdi.

Paris-2024 sentyabrın 8-də başa çatacaq.

13:06

Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, idmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulla üzmədə çıxış edib.

O, finişə 58.16 saniyəyə çatıb.

Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Oxşar Xəbərlər