Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu may ayı üzrə pensiyaların ödənişini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vaxtından əvvəl başa çatdırıb.

Nazirlikdən QİA.AZ-a verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşıb.

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Oxşar Xəbərlər