Ramazanın 14-cü gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 14-cü günüdür.

“QİA.az”-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən sabah imsak saat 04:12, iftar isə saat 19:46-dadır.

Ramazan ayının 14-cü gününün duası:

“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin”.

Tərcüməsi:

“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”

Allah orucunuzu qəbul etsin!

Oxşar Xəbərlər