Ramilə Seyidova Şuşada keçirilən konfransda iştirak edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşada keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransın iştirakçıları şəhərin tarixi-mədəni məkanlarını ziyarət ediblər, eləcə də hazırda aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olublar. 

QİA.az məlumat verir ki, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı İslam düyasının mədəniyyət paytaxtı Şuşada ermənilərin memarlıq, mədəni və dini abidələrini dağıtması barədə ətraflı məlumat verib, işğaldan azad edildikdən sonra görülən abadlıq işləri haqqında danışıb. 

Səfər çərçivəsində qonaqlar tarixi İsa bulağını, Azərbaycanın görkəmli şairi, ictimai-siyasi xadim M. P. Vaqifin məqbərəsini, Cıdır düzünü və Şuşa qalasını ziyarət ediblər. 

Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad edib, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı arzulayıblar.

Oxşar Xəbərlər