Ramin Bayramlı eyni pasiyentdə test nəticələrinin pozitiv və neqativ çıxması hallarına münasibət bildirdi

Dek 23, 2020
Ramin Bayramlı eyni pasiyentdə test nəticələrinin pozitiv və neqativ çıxması hallarına münasibət bildirdi

“Bu gün insanların ən çox rastlaşdığı hal pozitiv çıxan test nəticəsinin sonrakı gündə neqativ çıxmasıdır. Bu hal əksər ölkələrin qarşılaşdığı problemlərdən biridir. Bunun da bir neçə səbəbi var”.

“QİA.AZ” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı REAL TV-yə müsahibəsində deyib.

TƏBİB sədrinin sözlərinə görə, xəstəliyin elə mərhələsi olur ki, artıq yuxarı tənəffüs yollarında proses silinir və aşağı tənəffüs yollarına keçir və bu, səbəblərdən biridir:

“Digər səbəb ikinci dəfə materialın düzgün götürülməməsidir. Yəni yaxma daha dərindən, udlaqdan götürülməyib. Bu siyahını daha da uzada bilərik. Ona görə də burada Ümumdünya Səhiyyə Təşkilatının və digər tibbi qurumların tövsiyəsi test nəticəsi pozitiv çıxandan sonra 14 günlük izolyasiya tədbirinə getmək və yanaşı klinik simptomlara fikir vermək lazımdır. Laborator analizlərdə baş verən xətalar mümkündür. Bu, bütün dünya praktikasında var”.

Oxşar Xəbərlər