Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

May2,2024

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.

QİA.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Oxşar Xəbərlər