“Real” 27 ildən sonra rekordunu təkrarlayıb

Apr1,2024

İspaniyanın “Real” klubu 27 ildən sonra rekordunu təkrarlayıb.

QİA.az “Opta Sport” nəşrinə istinadla xəbər verir ki, Madrid təmsilçisi buna La Liqanın XXX turunda “Atletik”i 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv ardıcıl 24 oyundur (18 qələbə, 6 heç-heçə) çempionatda uduzmur.

“Kral klubu” sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb. Komanda həmin vaxt 16 qələbə, 8 heç-heçə əldə edib.

Qeyd edək ki, “Real” hazırda 75 xalla La Liqada liderdir.

Oxşar Xəbərlər