İspaniyanın “Real” klubu 27 ildən sonra rekordunu təkrarlayıb.
QİA.az “Opta Sport” nəşrinə istinadla xəbər verir ki, Madrid təmsilçisi buna La Liqanın XXX turunda “Atletik”i 2:0 hesabı ilə məğlub etməklə nail olub.
Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv ardıcıl 24 oyundur (18 qələbə, 6 heç-heçə) çempionatda uduzmur.
“Kral klubu” sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb. Komanda həmin vaxt 16 qələbə, 8 heç-heçə əldə edib.
Qeyd edək ki, “Real” hazırda 75 xalla La Liqada liderdir.