İspaniyanın “Real Madrid” komandası futbolçusu Yuanmi Latasa ilə yollarını ayırıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı hücumçunu “Real Valyadolid” klubuna satıb.
İspaniyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yuanmi Latasa ötən iki mövsümü “Xetafe”də icarə əsasında keçirib. Forvard bu müddət ərzində 57 oyunda iştirak edib və 7 qol vurub.