“Real Madrid” və “Barselona”nın sabiq futbolçuları komanda yoldaşı olacaqlar

Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

QİA.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Fransa “Marsel”ində çıxış edən futbolçu “Əl-Kadisiya” komandasına keçəcək. Tezliklə onunla rəsmi müqavilə imzalanacaq.

“Əl-Kadisiya” daha əvvəl “Real Madrid”dən ayrılan Naço Fernandesi heyətinə qatıb.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq karyerası ərzində “Borussiya” ( Dortmund, Almaniya), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə) və “Barselona” (İspaniya) klublarında çıxış edib.

Oxşar Xəbərlər