İspaniya La Liqasının XV turunda “Qranada” ilə matçda zədələnən “Real Madrid”in futbolçusu Rodriqonun durumuna aydınlıq gəlib.
“QIA.AZ” yerli mətbuata istinadən xəbər verir ki, əzələsində problem aşkarlanan 19 yaşlı hücumçu təxminən 3 ay oynaya bilməyəcək.
Braziliyalı forvard görüşün 38-ci dəqiqəsində xəsarət alıb və meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, qarşılaşma “Real Madrid”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.