“Real Madrid”in hücumçusu 3 aylıq sıradan çıxdı

Dek26,2020
"Real Madrid"in hücumçusu 3 aylıq sıradan çıxdı

İspaniya La Liqasının XV turunda “Qranada” ilə matçda zədələnən “Real Madrid”in futbolçusu Rodriqonun durumuna aydınlıq gəlib.

“QIA.AZ” yerli mətbuata istinadən xəbər verir ki, əzələsində problem aşkarlanan 19 yaşlı hücumçu təxminən 3 ay oynaya bilməyəcək.

Braziliyalı forvard görüşün 38-ci dəqiqəsində xəsarət alıb və meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, qarşılaşma “Real Madrid”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar Xəbərlər