Region Liqasının fınalında “Şimal” futbol klubu “Hypers”lə qarşılaşacaq

Xaçmazı təmsil edən “Şimal” futbol klubu həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasının finalına vəsiqə qazanıb.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, Region Liqasının Şimal və Paytaxt zonasında mübarizə aparan Xaçmaz təmsilçisi yarımfinalda Qazaxın “Göyəzən” komandasını mübarizədən kənarlaşdırıb.

“ASK Arena”da keçirilən yarımfinal qarşılaşmasında “Şimal” klubu rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu rəqib qapısından xaçmazlıların hücumçusu Şahlar Sədiyev keçirib.

Digər yarımfinal cütünün qarşılaşmasında da eyni nəticə qeydə alınıb. Paytaxtı təmsil edən “Hypers” Saatlının “Ümid” komandasına qalib gələrək, adını finala yazdırıb.

“Şimal” və “Hypers” komandaları arasında keçiriləcək final oyunu may ayının 24-də Şamaxı şəhərində təşkil olunacaq.

Oxşar Xəbərlər