Rektor koronavirusa yoluxduğu üçün ali məktəbdə dərslər dayandırılıb

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub.

“QİA.az” bildirir ki, bu barədə Xalq artisti özü məlumat verib.

O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”.

Konservatoriyanın Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə bildirib ki, COVID-19 səbəbindən təhsil müəsissəsində əyani dərslər dayandırılıb.

Onun sözlərinə görə, konservatoriyanın 3 əməkdaşının COVID-19 testinin nəticəsi pozitiv çıxıb: “Yoluxmaların sayı çoxaldığına görə, rektorun tapşırığı ilə bu gündən etibarən əyani dərslər müddətsiz dayandırılıb. Bundan sonra dərslər onlayın formada davam etdiriləcək”.

QİA.az

Oxşar Xəbərlər