Rektor: Media təmsilçilərinin uşaq hüquqları ilə bağlı məlumatlı olması çox mühümdür

Media təmsilçilərinin uşaq hüquqları ilə bağlı məlumatlı olması çox mühümdür. Bu, uşaqlarla bağlı xəbərlərin yayılması zamanı onların psixoloji cəhətdən zərər görməməsi, sosiallaşması baxımından əhəmiyyət kəsb edir.

QİA.az xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanan “Media və uşaq hüquqları” adlı kitabın təqdimat mərasimində deyib.

Rektor bildirib ki, məlumatların yayılması zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, uşaqların hüquqlarının pozulmasına yol verilməməsi diqqətdə saxlanılmalıdır.

E.Babayev rəhbərlik etdiyi ali təhsil ocağında bu yaxınlarda Süni intellekt kafedrasının yaradılması ilə bağlı qərar qəbul olunduğunu da diqqətə çatdırıb.

Rektor bildirib ki, “Media və uşaq hüquqları” dərsliyində uşaq hüquqları ilə bağlı mövcud qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi, jurnalist etikası, media məhsullarının hazırlanmasında uşaqların iştirakı qaydaları əksini tapıb.

O vurğulayıb ki, dərslik peşəkar kadrların hazırlanması işinə töhfə verəcək.

Oxşar Xəbərlər