Reper Dreyk mərcdə yüzminlərlə dollar uduzdu

Dreyk təxəllüsü ilə tanınan məşhur kanadalı musiqiçi Obri Dreyk Qrem mərcdə böyük məbləğ uduzub.

QİA.az-ın championat.com-a istinadən verdiyi xəbərə görə, reper Dreykus dü Plessi və İsrail Adesanya arasındakı döyüşə mərc edib.

Orta çəkidə çempionluq uğrunda keçirilən UFC 305 turnirinin əsas döyüşü Dreyk üçün uğursuz olub. Belə ki, reper mərc etdiyi 450 min dolları itirib.

Qeyd edək ki, dü Plessi ardıcıl onuncu dəfə qələbə qazanaraq kəmərini qoruyub.

Oxşar Xəbərlər