“Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford 6 ay sürücülük hüququndan məhrum edilib.
QİA.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, buna səbəb futbolçunun sürət həddini aşması olub.Məlumata görə, Reşford 1666 funt sterlinq ( 3660 manat) məbləğində cərimələnib.Qeyd edək ki, Reşford ötən ilin sentyabr ayında İngiltərə premyer-liqasında “Bernli” üzərində qələbədən sonra bahalı avtomobili ilə qəza törətmişdi.
Onu da bildirək ki, 26 yaşlı forvard AVRO-2024 üçün İngiltərə millisinin heyətinə daxil edilməmişdi. O, ötən mövsüm ilə çıxdığı 43 matçda 8 qol və 5 də məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırki klubla müqaviləsi 2028-ci ilin yayınadəkdir.