Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İyn1,2021

28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboredən:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü mənə Burkina-Faso xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl imkan yaradır. Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram.

Əmin olun ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə işləməyə daim hazıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

***

Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi, Azərbaycan Hökumətini və xalqını Maldiv Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram”.

***

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistödən:

“Zati-aliləri.

Ölkənizin müstəqilliyinin 103-cü ildönümü – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souzadan:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.

Oxşar Xəbərlər