Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İyn3,2021

28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının sədri general Min Aung Hlaingdən:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, ölkənizə davamlı tərəqqi və rifah diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Sizə cansağlığı və uğurlar, xalqınıza davamlı həmrəylik arzu edirəm.

Bu il Litva-Azərbaycan ikitərəfli münasibətləri üçün xüsusi ildir. Bu il dövlətlərimizin müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edəcəyik. Azərbaycanla Avropa İttifaqı arasındakı sıx dialoq Litva-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün xüsusilə vacibdir. İslahatlar yolunda qətiyyət və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sazişi üzrə danışıqların yekunlaşdırılmasını arzulayıram. Ümid edirəm ki, bu il Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasətinin prioritetlərini və istiqamətlərini müzakirə etmək üçün Şərq Tərəfdaşlığı Sammitində görüşmək imkanımız olacaq.

Zati-aliləri, bir daha Sizi milli bayramınız – Respublika Günü münasibətilə təbrik edirəm.

Xahiş edirəm, Sizə olan ən dərin hörmətimi qəbul edəsiniz”.

Oxşar Xəbərlər