“Respublikanski”nin baş həkimi işdən çıxarılıb

Apr28,2021

Akademik M.Mirqasımov adına Respublika Klinik baş həkimi Telman İbadov işdən çıxarılıb.

“QİA.az” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

TƏBİB-dən bildirilib ki, onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə keçirilib.

Oxşar Xəbərlər