“Oyun çox gərgin keçdi. Hər iki komanda matçın müxtəlif hissələrində oyuna nəzarət etdilər”.
“QİA.az”ın məlumatına görə, bu fikirləri futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis məqsədlərinə çatdıqlarını bildirib: “Qalib gəldik. Azərbaycan millisinin heyətində vaxtilə “Neftçi”də rəhbərliyim altında oynamış futbolçuları gördüm. Hamısı yaxşı təsir bağışladı. Fürsətdən istifadə edib, “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. Azərbaycan millisinə isə uğurlar arzulayıram”.