Romada Ərdoğan və Baydenin görüşü başlayıb

Okt31,2021

Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş başlayıb.

QİA.AZ bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, görüş Bakı vaxtı ilə saat 13:15-də başlayıb. Mətbuat üçün qapalı formatda keçirilən görüşdə Türkiyə Prezidenti xarici işlər naziri Mövlud Çavuşoğlu müşaiyət edir.

Qeyd edək ki, son dəfə Türkiyə və ABŞ liderləri iyun ayında Brüsseldə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Xatırladaq ki, daha əvvəl T.Ərdoğan danışıqların əsas mövzusunun Türkiyənin F-35 qırıcı təyyarələrinin hazırlanması proqramında iştirakı olacağını bildirib.

Oxşar Xəbərlər