Ronaldo millimizlə oyunu şərh edib

Mar25,2021 #Ronaldo
Ronaldo Portuqaliya klubuna qayıtmağa yaxındır

Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldo Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.

“QİA.az”ın məlumatına görə, İtaliyanın “Yuventus” klubunda çıxış edən 36 yaşlı hücumçu qələbənin vacib olduğunu bildirib.

“Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda”, – deyə o, feysbuk profilində yazıb.

Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

QİA.az

Oxşar Xəbərlər