Ronaldo və “Əl-Nəsr” müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası Kriştianu Ronaldo ilə müqaviləni uzatmaq istəyir.

QİA.az xarici mətbuata istinadən xəbər verir ki, klub 39 yaşlı portuqaliyalı hücumçu ilə danışıqlara başlayıb. Ulduz oyunçuya 2026-cı ilin yayınadək yeni sözləşmə təklif edilib.

Ronaldo hələlik yeni müqavilə bağlamağa tələsmir, lakin Avropaya qayıtmaq və ya başqa kluba keçmək niyyətində də deyil.

Portuqaliya millisinin üzvünün “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Kriştianu Ronaldo “Əl-Nəsr” forması ilə ötən mövsüm bütün turnirlərdə 45 matçda, 44 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar Xəbərlər