Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb

İyn21,2021

Avropa çempionatının A qrupunda Bakı Olimpiya Stadionunda təşkil edilmiş İsveçrə – Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

“QİA.az” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə AVRO-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb.

FIFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.

Oxşar Xəbərlər