Rövzət Qasımov: Seçkilərlə bağlı ən mühüm addımlardan biri ekspert qruplarının formalaşdırılmasıdır

Seçkilərə start verildikdən sonra atılan ən mühüm addımlardan biri ekspert qruplarının formalaşdırılması oldu.

QİA.az məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu qruplar hər bir dairə seçki komissiyasında mövcuddur:

“Həmin ekspert qrupu üzvlərinə hüquqi biliklərin aşılanmasına çalışırıq. Bugünkü tədbir buna həsr olunub. Ekspert qrupu üzvləri üçün MSK xüsusi yaddaş kitabçası hazırlayıb”.

Oxşar Xəbərlər