Rumıniya Ağırlıqqaldırma Federasiyasına bir illik cəza verilib

İyn17,2021

Rumıniya Ağırlıqqaldırma Federasiyası (FRH) idmançıları dopinqdən istifadə etdiyi üçün diskvalifikasiya olunub.

QİA.AZ” xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytı məlumat yayıb.

IWF dopinq əleyhinə qayda pozuntusu səbəbindən FRH-ın fəaliyyətini bir illik dayandırıb. Bu müddətdə ölkə idmançıları beynəlxalq yarışlardan kənarda qalacaqlar.

Daha əvvəl Beynəlxalq Dopinq Test Agentliyi (ITA) rumıniyalı idmançılarda qaydalar kütləvi şəkildə pozulduğu üçün federasiyaya sanksiya tətbiq edilməsini istəyib.

FRH bir il beynəlxalq yarışlardan kənarda qalacaq.

Oxşar Xəbərlər