Rumıniya prezidenti Klaus Yohannis ölkədə yeni hökumətin formalaşdırılmasını müdafiə naziri Nikolae Çukeyə tapşırıb.
QİA.AZ-ın məlumatına görə, bu barədə prezident mətbuata açıqlamasında deyib.
Qeyd edək ki, oktyabrın 5-də əvvəlki baş nazir Florian Kıtsu Rumıniya parlamentinin etimadsızlıq səsverməsi nəticəsində istefa vermişdi.
Bir müddət əvvəl “Rumıniyanın xilası naminə ittifaq” partiyasının rəhbəri Daçian Çoloş hökuməti formalaşdıra bilməmişdi.