Rus bölməsinə şagird qəbulu bu tarixdə başlayacaq

Apr26,2021

“2021-2022-ci tədris ili üzrə rus bölməsinə qəbul olmaq istəyən birinci sinif şagirdlərin müsahibələrə yazılma mərhələsi aprelin 29-da başlayacaq”.

“QİA.az” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, proses iyunun 8-i saat 18.00-da yekunlaşacaq: “Mayın 4-dən rus bölməsi üzrə müsahibələrə başlanılacaq və iyunun 14-dək davam edəcək”.

O həmçinin qeyd edib ki, müsahibədən kəsilən uşaqların yenidən Azərbaycandilli məktəblərə sənəd verməsi mümkündür: “Lisey və gimnaziyalara Azərbaycan və rus bölməsi üzrə qəbul müsabiqə əsasında keçiriləcək”.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

Oxşar Xəbərlər