Rusiya 9 ildən sonra bu gün seçim edəcək – VİDEO

eurovision

Rusiya doqquz il fasilədən sonra “Eurovision” təmsilçisini müəyyənləşdirmək üçün milli seçim turu keçirəcək.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Birinci kanalı məlumat yayıb. Qeyd olunub ki, yerli final martın 8-də baş tutacaq. Niderlandda ölkəsini təmsil etmək üçün yarışacaq sənətçilərin adı isə mətbuata açıqlanmayıb.

Lakin ötən ilin iştirtakçısı “Little Big”in həmin siyahıda yer alacağı ehtimal olunur.

Xatırladaq ki, “Little Big” qrupunun ötən ilki “Uno” mahnısı 188 milyondan çox baxış toplayaraq müsabiqə tarixində ən çox izlənən layihə olmuşdu.

Oxşar Xəbərlər