“Enerqomaş” şirkətinin baş direktoru İqor Arbuzov, mövcud müqavilə çərçivəsində RD-180 raket mühərriklərinin son partiyasının ABŞ-a nə zaman göndəriləcəyini aşıqlayıb.
Bu barədə “QİA.az” RİA “Novosti”yə istinadən xəbər verir.
Onun sözlərinə görə, mühərriklər ixrac üçün tam hazırdır: “Lakin pandemiya səbəbindən texnikanın göndərilməsi alınmayıb. Amma bu il ərzində göndərəcəyik”.
Qeyd edək ki, bu il Rusiya ABŞ-a altı mühərrik göndərməyi planlaşdırır. Ümumilikdə 1999-cu ildən Rusiyadan Amerikaya 116 raket mühərriki ixrac edilib. Onlardan 99-u artıq istifadə olunub.