Rusiya Azərbaycana aviareyslərin sayını artırır

Mar25,2021

Rusiya cari ilin aprel ayının 1-dən etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq.

Bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə Operativ Qərargahında jurnalistlərə bildirilib.

Məlumata görə, Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Operativ Qərargahın iclasını keçirib.

İclasda həmçinin, Rusiyanın Almaniya, Venesuela, Suriya, Tacikistan, Özbəkistan və Şri-Lanka arasında aviareyslərin 1 aprel tarixindən etibarən bərpa edilməsinə dair qərar verilib.

Report.az

Oxşar Xəbərlər