Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb

alma

Bu gündən Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb.

“QİA.AZ” bu barədə qurumun internet səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın 8 alma və 19 pomidor istehsalçısı artıq məhsullarını Rusiyaya ixrac edə bilərlər. Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən qəbul edilib.

QİA.AZ

Oxşar Xəbərlər