Rusiya Baş prokuroru Fəxri xiyabanı ziyarət edib

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov Azərbaycana səfəri çərçivəsində Baş prokuror Kamran Əliyevlə birgə Fəxri xiyabanı ziyarət edib.

Bu barədə “QİA.az”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hər iki şəxs xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra hər iki ölkənin Baş Prokurorları tərəfindən 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılan kompleks ziyarət edilib, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.

Qeyd edək ki, Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov aprelin 8-də Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər