Rusiya tərəfi Gürcüstanla sərhəddə yolun açılmasını gözləyən hər kəsi su və tibbi yardımla təmin edəcək.
QİA.az xəbər verir ki, bu barədə “Report”un Gürcüstan bürosu məlumat verir ki, bunu Şimali Osetiyanın “rəhbəri” Sergey Menyailo öz “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, Yuxarı Larsda avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 6-da saat 01:00-dan növbəti xəbərdarlığa qədər məhdudlaşdırılacaq.
“Hazırda mindən çox avtomobil respublikadan keçmək üçün gözləyir: insanlar qonşu ölkəyə tətilə gedirlər, lakin biz onlara bütün lazımi yardımı göstərəcəyik”, – deyə Menyailo qeyd edib.