Rusiya Jurnalistlər İttifaqı Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.
“QİA.az”ın məlumatına görə, qurumun rəsmi saytında yerləşdirilən başsağlığı mətnində deyilir:
“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalist minaya düşərək həlak olub. Partlayış nəticəsində iki həmkarımız həlak olub – televiziya operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov. Rusiya Jurnalistlər İttifaqı həlak olanların ailələrinə və dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir”.