Rusiya MN: Dağlıq Qarabağda hərbi əməliyyatların bitməsindən sonra atəşkəs ilk dəfə pozulub

Dek 12, 2020

Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.

QİA.AZ-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb​​”, – açıqlamada deyilir.

Qeyd edək ki, prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşündə bildirib ki, dekabrın 11-də ermənilər terror aktları törədiblər: “Dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir”.

Oxşar Xəbərlər